Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bu qidalar piyləri sürətlə əridir – Səhər yeməyi

  • 2019.02.22 09:54
  • 19328 Baxış
Bu qidalar piyləri sürətlə əridir –  Səhər yeməyi




Səhər tezdən qəbul edilən bir sıra qidalar sürətlə çəki atmağınıza kömək edə bilər.

 

Medicina.az  piylərin yandırılmasında fəal rol oynayaq qidaları təqdim edir. 



Yulaf  - səhər südlə birlikdə qəbul edilən yulaf gün boyunca sizi tox saxlayacaq və enerji depolamağınıza səbəb olacaq.

 

Qatıq – Səhər tezdən az miqdarda qəbul edilən qatıq həzm sistemini sürətləndirir. Amma reflü kimi mədə narahatlığı və qastrit xəstəliyi olanlara bu qidadan səhərlər istifadə etmək məsləhət deyil. 



Süzmə pendir - İmmuniteti gücləndirən süzmə pendir əzələ zədələnmələri zamanı çox faydalıdır. 



Yumurta - Səhər oyanan kimi yumurta yesəz, gün boyu özünüzü tox hiss edəcəksiniz. Nəticədə də gün boyunca kilo vermək prosesi sürətlənəcək. 



Qəhvə - Qəhvənin tərkibində olan kofein ən yaxşı antioksidant qaynağıdır və piylərin əridilməsində rol oynayır. 



Arzu

Medicina.az