Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Yevlaxda yeni doğulan körpə öldü

  • 2019.12.17 09:38
  • 3783 Baxış
Yevlaxda yeni doğulan körpə öldü
Yevlaxda yeni doğulan körpə ölüb. 

Medicina.az-ın məlumatına görə, hadisə Yevlax Mərkəzi Rayon Xəstəxanasının doğum şöbəsində qeydə alınıb.

Rayon sakini Fəridə Xəlilova dekabrın 15-i saat 23 radələrində bətndaxili hipoksiya əlamətləri olan qızcinsli uşaq dünyaya gətirib. Lakin tibbi yardımlara baxmayaraq körpə gecə saatlarında dünyasını dəyişib. 

Faktla bağlı Yevlax rayon Prokurorluğunda araşdırma aparılır.