Yevlaxda 2 yaşlı uşaq xlor içərək zəhərlənib.
Medicina.az ONA-yaistinadən xəbər verir ki, hadisə Yuxarı Qarxun kəndində baş verib.
2017-ci il təvəllüdlü kənd sakini Məmmədova Əfruz Kamil qızı ehtiyatsızlıq nəticəsində xlor içib. Ağır vəziyyətdə olan körpə xəstəxanaya çatdırılıb.
Həkimlərin vaxtında müdaxiləsi nəticəsində Ə.Məmmədovanın vəziyyəti stabilləşib və o, təhlükəni geridə qoyub.