Yevlax rayonunda 14 yaşlı qız kimyəvi maddədən zəhərlənərək ölüb.
Medicina.az "Report"un Qarabağ Mərkəzinin məlumatına istinadən bildirir ki, rayonun 2005-ci il təvəllüdlü Hacimahmudlu kənd sakini İsmayılova Ziyafət Elnur qızı yaşadığı evdə ev quşları üçün nəzərdə tutulan dərmanı duz əvəzi yumurtanın üstünə səpərək yeyib.
Nəticədə zəhərlənən yeniyetmə xəstəxanaya aparılarkən, yolda dünyasını dəyişib.