Azərbaycanda koronavirus təhlükəsinin aktiv olduğu narıncı bölgələrdə vəziyyət hər an dəyişir.
Medicina.az xəbər verir ki, bu barədə Təbib sədri Ramin Bayramlı bildirib.
“Gəncədə səylərimiz nəticəsində yoluxmanın aktivliyinin qarşısını ala bilmişik. Amma orda yenə də təhlükə var.
Əldə olunan statistika onu göstərir ki, bəzi bölgələrdə məsuliyyətsizliyin nəticəsində yoluxma artıb. Son bir neçə gündə Yevlaxda 64 nəfərdə koronavirus aşkarlanıb.
Orda da sakinlərdən qaydalara ciddi riayət etməyi xahiş edirik. Bu rayonlarda nəzarəti gücləndirməliyik”.