Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Yerkökü ilə sarımsaq- Xərçəngdən qorunmaq üçün nə yeməli?

  • 2025.03.12 17:18
  • 175 Baxış
Yerkökü ilə  sarımsaq -   Xərçəngdən qorunmaq üçün nə yeməli?

Amerika Birləşmiş Ştatlarından olan tədqiqatçılar 30 yaşdan yuxarı təxminən 1 milyon 800 min xəstə haqqında məlumatları təhlil edibklər. Alimlər belə qənaətə gəliblər ki, xərçəngə yoluxma hallarının demək olar ki, 40%-nin və ondan ölüm hallarının 44%-nin qarşısını həyat tərzini
dəyişdirməklə almaq olar.


“Medicina” xəbər verir ki, dietoloq Dmitri Semiryadov xərçəng riskini azaldan məhsullardan danışıb:


“Pəhrizdə heç bir dəyişiklik, heç bir qida və ya məhsul 100% xərçəngin qarşısını ala və müalicə edə bilməz. Bununla belə, masamızda xərçəng risklərini azaltmağa kömək edə biləcək maddələr var.

Xərçəng əsasən hüceyrə DNT-nin parçalanmasının nəticəsidir ki, bu da mutasiyaya səbəb olur. Bəzi qidalarda antioksidantlar, DNT-ni zədələnmədən qoruyan maddələr var. Bunun sayəsində şişlərin meydana gəlməsinə səbəb olan hüceyrə anomaliyalarının inkişaf riski azalır.

Onların siyahısını təqdim edirik:

brokkoli;
kök;
lobya;
giləmeyvə;
qoz-fındıq;
zeytun yağı;
zerdeçal;
sitrus;
sarımsaq;
Yağlı balıq.

İçkilər arasında yaşıl çay xüsusilə xərçəngin qarşısının alınmasında faydalıdır.


Aygün Musayeva