Ataksiya yeriyəndə koordinasiyanın zəifləməsi, fiziki imkanların məhdudlaşması, yeriyəndə və iş görəndə hərəkətlərin zəifləməsidir.
“Medicina” xəbər verir ki, B12 vitamini defisitli insanlarda çox nevroloji problemlər görülür. Bunların bəziləri artıq elə mərhələdə yaranır ki,bərpa mümkün olmur.
B12 əskikliyində gözlərdə, görmədə, nitqdə, yaddaşda zəifləmə olur.
Bu vitamin beyin hüceyrələrinə çox lazımdır.
O bədənlə beyin arasında əlaqə yaradan maddəni təmin edir.
Bu maddənin azalması bədənin fiziki imkanlarını məhdudlaşdırır.
Vitamin anemiyası aylarla, illərlə inkişaf edir, insan bundan xəbər tuta bilmir.
Uzun müddət, illərlə B12 əskikliyi yaşayan insanlarda nevroloji pozulmalar o qədər dərinləşir ki, insan daha əvvəlki kimi olmur.
Fiziki müvazinəti saxlaya bilməmək, gəzməkdə, danışmaqda çətinlik beyindən qaynaqlansa da, beyinin işinə lazım olan B12 olmazsa, geridönməz fəsadlar yaranır. Bədəndə keyimə, dildə uyuşma, gözlərdə zəiflik, sanki qarışqa gəzintisi, cərəyan vurma, gəzərkən səntirləmə varsa, mütləq B12 yoxlanmalı və bərpa edilməlidir.
Qanda analizdə B12 ən azə 300-500 arası olmalıdır.
Aygün Musayeva