İşemik və hemorragik insult qəflətən gəlsə də, aylar öncə özü barədə xəbərdar edir.
"Medicina" xəbər verir ki, kardioloq Andrey Kondraxin bəzi simptomları sadalayıb.
"Damarın qəfildən yırtılıb qansızma ilə nəticələnən hemorragik insulta səbəb təzyiqin qəfil qalxması, güclü stress və hava dəyişkənliyi ola bilər.
Bu insult növü çox qəfil baş verir.
İşemik insultda isə insan bir neçə gün, ay öncə bəzi dəyişikliklikləri hiss edir.
Məsələn, insanın sanki danışığı dəyişir, sözlərini başa düşmək olmur.
Başgicəllənmə tutmaları, yerişin səntirləməsi, dezoriyentasiya hissi, bir neçə dəfə yıxılmağa cəhd və s.
Faciənin qarşısını almaq üçün mütləq müayinələrdən keçmək lazımdır"
Aygün Musayeva