Eyfel qülləsi ölçüsündə “4660 Nereus” asteroidi planetimizə doğru hərəkət edir.
Bu barədə ABŞ-ın Aeronavtika və Kosmik Tədqiqatlar Milli Agentliyindən (NASA) bildirilib.
Asteroid 1982-ci ildə kəşf edilib və o vaxtdan Yerə bir neçə dəfə yaxınlaşıb. Növbəti yaxınlıq sabah, dekabrın 11-də olacaq.
Alimlərin sözlərinə görə, kosmik cism saatda təxminən 23 min kilometr sürətlə hərəkət edir. Onun hərəkəti diqqətlə izlənilir.
“Onun orbiti müxtəlif amillərdən, məsələn, başqa asteroidlə və ya Venera kimi bir planetlə toqquşmadan yayına bilər. Hər hansı bir yoldan çıxması problem yarada bilər. Bu ona bənzəyir ki, sanki pis qonşularınız var - onların harada olduqlarını və nə etdiklərini bilmək sizin xeyrinizədir”, - deyə SETI astronomu Frank Markis xəbərdarlıq edib.
Asteroidin Yer kürəsindən dəqiq hansı məsafədə keçəcəyi hələlik aydın deyil.