Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Yer kürəsində ölü ərazilərin miqyası artır - “Ölülər dünyası” reallaşır

  • 2021.10.04 19:22
  • 3324 Baxış
Yer kürəsində ölü ərazilərin miqyası artır -  “Ölülər dünyası” reallaşır
2020-ci ilin payızında Kamçatkada güclü ekoloji iqlim fəlakəti baş verib, nəticədə minlərlə dəniz heyvanı, balıq məhv oldu.

İlk həyəcan siqnalını çimərliklərdə serfinqlə məşğul olanlar verdi, onlar sudan gözlərinin yandığını, qıcıqlandığını deyirdilər. Cəmi 2 ay sonra sahil minlərlə dəniz kirpisi, dəniz ulduzu, krab ölüləri ilə doldu.

Medicina.az xəbər verir ki, o zaman ekoloqlar baş verənlərin səbəbkarı kimi Kozelskiy yaxınında kimyəvi maddələr poliqonunu gördülər.

Payızda güclü yağışlar zamanı təhlükəli zəhərli maddələr poliqon ərazisindən yaxınlıqdakı çaya qarışmış, ordan da açıq okeana axmışdır.

Sputnikdən çəkilən şəkillərdə də okeana axan çayların rəngində dəyişiklik açıq göründü.

Lakin sonradan bu versiya ikinci plana keçdi, yerli hökumət var gücü ilə insidenti ört-basdır etdilər,hər cür açıqlamadan yayındılar, elə də ciddi təhlükə olmadığına əmin etdilər.

Sonradan məlum olub ki, ekoloji fəlakətə səbəb zəhərli dəniz yosunları olub, onlar okeanların müxtəlif dərinliklərində var. Məhz dəniz yosunlarının çiçəkləməsi dövründə sahilyanı sular zəhərləndi, qırmızı axın əmələ gəldi və bu axın yolunda olan bütün dəniz canlılarını məhv edib.


Bİr çoxları dəniz v okean sularının ala-tala rənginin dəyişməsini, sanki çiçək açdığını görüb. Bu rəng dəyişmə suda fosforun miqdarının artması nəticəsidir. Bu maddə dəniz yosunlarının aktiv böyüməsinə səbəb olur, bununla da yosunlar olan sahə rəngini dəyişir.

Sonra yosunlar ölür və bakteriyalar üçün qidaya çevrilir. Yosunlar çox olan sahələrdə suda oksigen kəskin azalır, nəticədə kritik həddə oksigen azlığı digər su dəniz canlılarının boğulub ölməsinə səbəb olur.

Alimlər bildirir ki, okeanda, dənizlərdə belə ölü zonaların, sahələrin miqyası, dairəsi getdikcə artır. Bu zonalarda heç bir dəniz canlısı yaşamır.

Bir çox yosun ailələri aktiv çoxalma zamanı suya toksin, zəhər buraxır.

Bu proses ilin bütün fəsillərində baş verə bilər. Məhz bu toksinlər su axını ilə çaydan dənizə, okeandan okeana keçir, beləliklə, digər dəniz heyvan və bitkiləri məhv olur. Toksiki yosunlar su höfzələrində indi hər yerdədir.