Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Yer fıstığına allergiyası olanlara şad xəbər - Peyvənd hazırlanıb

  • 2020.02.12 16:33
  • 2345 Baxış
Yer fıstığına allergiyası olanlara şad xəbər -   Peyvənd hazırlanıb
Xüsusilə Avropa və ABŞ-da olduqca çox insdanda olan yer fıstığı allergiyasına qarşı peyvənd hazırlanıb. Bu həmdə qida allergiyasına qarşı ilk peyvənddir.

Medicina.az xəbər verir ki, peyvənd üçün ilk addımlar atılıb. Amerikanın qida və dərmanların təhlükəsizliyi qurumu FDA bu haqda məlumat yayımlayıb.

Yer fıstığı allergiyası zamanı istifadə üçün ağız yolu ilə içilən kapsul formalı peyvənd rəsmi olaraq təsdiqlənib. Beləliklə, xüsusilə fıstığa allergiyaları olanlar artıq alergik şokdan qurtula biləcək. Çünki normalda insanlar nəyə qarşı allergiyalarının olduqlarını bilir və həmin qidalardan uzaq durmağa çalışır. Lakin insanın fərqində olmadan başqa bir qidanın tərkibindəki nəsnələrdən də allergiya ola bilir. Artıq belə bir ehtimal yer fıstığı üçün aradan qalxmış olacaq.

Qeyd edək ki, bundan əvvəl ev tozu,kif göbələyinə qarşı peyvənd hazırlanıb. Həmin peyvəndlərdən insanın bədənində kiçik alergiyalar zamanı istifadə olunurdu.