İstanbulda 16 və 17 yaşlı yeniyetmələrin sosial şəbəkədəki söyüş davası qanla bitib.
Medicina.az xəbər verir ki, İstanbulun Başakşehir Şahintəpə səmtində bazarın qarşısında qarşılaşan Kudrettin Berat Çimenli ilə Kağan İ. arasında naməlum səbəbdən dava düşüb.
Kağan I. Kudrettin Berat Çimenli ona bıçaqla hücum edərkən, o, çəkiclə vurub.
Davanı görənlər polisə və sağlamlıq qruplarına xəbər verib.
Ağır yaralanan Kudrettin Berat Çimenli hadisə yerinə gələn sağlamlıq qruplarının ilk müdaxiləsindən sonra xəstəxanaya aparılıb. Kağan İ.isə hadisə yerindən qaçıb.
Çimenli aparıldığı xəstəxanada edilən bütün müdaxilələrə baxmayaraq həyatını itirib. Qaçan gənc isə qısa müddətdə polis tərəfindən yaxalanıb.
Şübhəli polisdə dindirilməsi zaman sosial şəbəkədə mübahisə etdiklərini və hadisə günü dalaşdıqlarını deyib.
O, dostunun başına çəkiclə vurduğunu etiraf edib.
Aygün
Medicina.az