Bakıda üç yeniyetmə zəhərlənib.
Hadisə paytaxtın Qaradağ rayonunda qeydə alınıb. Rayon
sakinləri, 2002-ci il təvəllüdlü Murad Nuruliyev, 2003-cü il təvəllüdlü
Baloğlan Aslanov və 2004-cü il təvəllüdlü Elməddin Aslanovun
zəhərlənməsi ilə bağlı rayon Prokurorluğuna məlumat daxil olub.
Araşdırmalar zamanı yeniyetmələrin naməlum şəraitdə gül toxumu yeyərək zəhərləndiyi məlum olub.
Faktla bağlı araşdırmalar davam etdirilir.