Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Yenidoğulmuşun büzdüm sümüyündə nəhəng törəmə - 11 günlük usağı teratomadan xilas edən cərrah danışdı

  • 2018.08.13 15:44
  • 19703 Baxış
Yenidoğulmuşun büzdüm sümüyündə nəhəng törəmə -  11 günlük usağı teratomadan xilas edən cərrah danışdı

Medicina.az xəbər verir ki, son illərdə büzdüm sümüyünün teratoması ilə doğulan uşaqların sayında sanki artım var. Təkcə uşaq cərrahı Toğrul Ömərov 6-cı belə əməliyyatı etdiyidini bildirib.

Büzdüm teratoması anadangəlmə neoplaziyadır. 35000 uşaqda bir rast gəlinir. Daha çox xoşxassəlidir. Hələ ana bətnindən ilən embrionun inkişafı zamanı baş verən pozğunluqlardan başlayır. Belə uşaqlar keysəriyyə üsulu ilə doğulmalı, doğulandan dərhal sonra əməliyyat edilməlidir.

Daha çox genetik və ananın hamiləlik dövründə keçirdiyi infeksiyalardan qaynaqlanır. 

Toğrul Ömərov bu əməliyyat zamanı teratomanın nə qədər dərinliyə nüfuz etməsinə diqqət yetirilməsinin vacibliyini vurğulayır. Teratoma götürülərkən sinirlər, vətərlər, dayaq-hərəkət aparatı, sidik yolları, sinir sistemi, düz bağırsaq  maksimum qorunmalıdır.

Teratomanın içində kistlər, dəri, tük, əzələ elementləri, sinir kökləri, bağırsağın selikli qişası ola bilər.

Şəkildə 11 günlük körpədən 3 kiloqramlıq teratomanın çıxarıldığı əməliyyatdan görüntülərdir.