Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Yenidoğulmuşlara nə qədər D vitamini lazımdır?

  • 2023.11.06 15:52
  • 2757 Baxış
Yenidoğulmuşlara nə qədər D vitamini    lazımdır?
D vitamini hazırda uşaq anadan olandan hər ay, hər gün qəbul edəcəyi vitaminə çevrilib.

"Medicina" xəbər verir ki, həkim-neonatoloq Aytəkin Əliyeva yeni doğulmuş körpə üçün dozanı açıqlayıb.

"Hər bir yeni doğulmuş uşaq həyatının 15-ci günündən etibarən profilaktik dozada, yəni 400-500 vahid D vitamini qəbul etməlidir. D vitamininin dozası dərmandan dərmana dəyişir.

Onun sözlərinə görə, D vitamininin dozalanması mütləq şəkildə həkim tərəfindən təyin olunmalıdır. Artıq dozada verilən D vitamini qanda toplanaraq vitamin artıqlığına ve toksik reaksiyalara, az dozada verilən D vitamini isə raxit xəstəliyinə səbəb ola bilər. Ona görə ümumi planlı yoxlamalarda bu vitaminin dozasını yalnız həkiminizlə dəqiqləşdirin".


Aygün Musayeva