Amerikalı alimlər yüksək texnologiya ilə yeni tibbi plastır icad edib.
"Medicina" xəbər verir ki, bu plastır yara sahəsini çox sıx örtür, möhkəm yapışır, amma bununla belə asan qopardıla bilir.
Pensilvaniya universitetinin alimləri plastırın ağrısız olduğunu önə çəkib.
Yeni tibbi vasitə PVA yapışqanı kimidir, su ilə isladıb asan qoparırsan.
Əvvəlki plastırlardan dəriyə 2 dəfə daha yaxşı yapışır, yaranı steril qoruyur.
Eləcə də bakterial infeksiyaya yol vermədən, yaranın tez sağalmasını təmin edir.
Professorlar bildirib ki, yeni plastır incə dərili qadınlar, uşaqlar, yaşlılar üçün idealdır.
Aygün Musayeva