Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

"Yeni yoluxmanı mövsümlə əlaqələndirmək olmaz" - Şöbə müdiri

  • 2020.10.14 14:20
  • 1359 Baxış
"Yeni yoluxmanı mövsümlə əlaqələndirmək olmaz"  - Şöbə müdiri
"Yeni yoluxma hadisələri bizi narahat edir. Məsələn, Şəkidə yay aylarında çox yoluxma olmamışdı. Sakit regionlarımızdan idi".

"Bu fikirləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva deyib.

Onun sözlərinə görə, Şəkidə və Sabirabaddakı yeni yoluxma ocaqlarının yaranmasını mövsümlə əlaqələndirmək olmaz: “Çünki havalar ciddi şəkildə soyumayıb, temperatur normal olaraq davam edir. Yeni ocaqlar daha çox ailə, müəssisə daxilində olur. Yeni yaranana ocaqların üzərinə düşüb, onu ləğv eləməyə çalışırıq”.