Yeni xəstəliklərin yaranması həm də iqlim dəyişikliyi ilə bağlıdır.
“Report” xəbər verir ki, bunu Bakıda COP29-dan əvvəl keçirilən “Sağlam Gələcəklərin Proqnozlaşdırılması” Qlobal Sammiti çərçivəsində jurnalistlərə açıqlamasında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib.
O bildirib ki, yeni xəstəliklərin meydana çıxması həm də bununla bağlıdır:
“Səhiyyə işçiləri bu barədə lazımi biliyə malik deyillər. Halbuki məsələ kifayət qədər ciddi və realdır. İnsanlar başa düşməlidirlər ki, bu problemi həll edə bilərlər”.