Yunanıstanda adətən ağcaqanadlar vasitəsilə yayılan Qərbi Nil virusu səbəbi ilə 11 nəfər ölüb.
Medicina.az xəbər verir ki, artıq 123 nəfərdə bu virus yoluxması qeydə alınıb.
Xəstələrin 74-ündə mərkəzi sinir sisteminə təsir edən simptomların olduğu, 49-unda isə ya yüngül simptomların olduğu, ya da heç bir əlamətin olmadığı bildirilib.
Yunanıstanda ötən həftə sözügedən virusa 36 yeni yoluxma hadisəsi qeydə alınıb.
Aygün Musayeva