Tomskda bir yeniyetməyə yeni vapinq xəstəliyi EVALI diaqnozu qoyulub.
Bu bronxiollara təsir edən bir xəstəlikdir.
“Medicina” xəbər verir ki, elektron siqaret veypinqdən yaranan "popkorn xəstəliyi" EVALI- Tomskda qeydə alınıb.
“Tomskda bu cür siqaret qarışıqlarından istifadə etdikdən sonra yeniyetmə uşaqlarda baş verən xəstəlik halları artıq sübuta yetirilib. Bir xəstədə EVALI, digərində isə siqaret qarışıqlarının mərkəzi sinir sisteminə zəhərli təsiri diaqnozu qoyulub”, - məlumatda deyilir.
“Popkorn xəstəliyi” bronxiollara təsir edən bronxiolitdir.
Bronxiolların iltihabı, çapıqlanması və daralması şəklində özünü göstərir. Xəstəlik patlamış qarğıdalıları xatırladan səslə müəyyən edilir. Bu xəstəlik EVALI kimi də tanınır.
EVALI ilk dəfə 2019-cu ildə ABŞ-da diaqnoz qoyulub. Bu gün tibbdə bronxiolitin bu forması üçün effektiv müalicə yoxdur. Dadlandırıcı diasetil ağır xəstəliyə səbəb olur. Qida ilə birlikdə istehlak edildikdə təhlükəsizdir, lakin müntəzəm olaraq nəfəs aldıqda ağciyər xəstəliyinə səbəb ola bilər.
Aygün Musayeva