Son zamanlar az karbohidratlı, zülal tərkibli bir çox pəhriz növləri populyardır. Lakin bunlardan daha effektlisi DNT pəhrizi hesab edilir. Belə bu pəhriz nəticəsində, daha qalıcı nəticələr əldə edilir.
Bəs bu pəhriz növü nəyə əsaslanır?
Medicina.az bu suala cavab axtarıb.
DNT pəhrizinin müəllifi Skot Pen bildirir ki, bu proqram DNT-ni 100 aspektdən analiz edərək, insana qidalanma üçün 20 tövsiyə verir. DNT analizi hər bir insan üçün fərqi qidalanma rasionu tərtib etməyə imkan verir.
Müəllifin sözlərinə görə, bu zaman ilk növbədə insanın hər hansı bir ərzağa olan həssaslığı müəyyən edilir. Daha sonra isə insanın piylənmə riski və alkoqoldan asılılığı müəyyən edilir.
Bundan əlavə, bu proqram insanın çox yeməyə meylli olub-olmadığını da üzə çıxarır.