Rusiya Federasiyasının yeni təyin olunmuş nəqliyyat naziri Vitali Savelyev koronavirusa yoluxub.
Bu barədə “RİA Novosti” məlumat yayıb.
Nazirdən götürülmüş COVID-19 testi müsbət nəticə verib. V.Savelyev müvafiq qaydalara uyğun olaraq özünütəcridə yollanıb.
Qeyd edək ki, V.Savelyev noyabrın 10-da Rusiyanın nəqliyyat naziri təyin olunub.