2019-cu ildə gözlənilən yeni qrip pandemiyası qısa müddət ərzində Planetin 900 milyon nəfər sakininin ölümünə səbəb olacaq. Bu barədə Global Health Mərkəzinin alimi Cons Hopkins məlumat verib.
Clade X adlı tədqiqatın gedişində məlum olub ki, yeni paraqrip Qərbi Nil qızdırması virusunun kombinasiyasından yaranacaq. Bu virus 5 gün ərzində insanı öldürür.
Xəstəliyin simptomları adi qızdırma və qripə bənzəyir: titrətmə, öskürək, huşun itməsi, qızdırma və beyinin ödemi və koma.
Mütəxəssislər güman edir ki, yeni qrip bioterroristik təşkilatın yeni layihəsi olaraq gizli hazırlanıb və layihə olaraq planetin əhalisinin sayının azalması məqsədi daşıyır.
Yeni panqripin peyvəndi hazırlanana kimi 20 ay ərzində 20 milyon insan öləcək. Daha çox ölüm faizi ABŞ ərazisində olacaq. Vaksin tapılana kimi qurbanların sayı 900 milyona çatacaq. Dünya səhiyyəsi bu tip bioloji hücuma hazır deyil. Hətta Avropa ölkələri belə bu virusun müalicəsində aciz qalacaq.
Güclü antibiotiklər bu qripdə effekt verməyəcək.
MEDİCİNA.AZ