Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Yeni qida: Mal əti ilə düyü "calaq" edildi

  • 2024.02.16 14:33
  • 1301 Baxış
Yeni qida:     Mal əti ilə düyü "calaq" edildi

Cənubi Koreya alimləri düyü ilə əti birləşdirib hibrid qida əldə ediblər.

"Medicina" xəbər verir ki, ilk dəfədir heyvan hüceyrələrinin düyüyə köçürülməsi ilə bütün Cənubi Asiya sakinlərinin sevimli qidası kəşf edlilib.


Cənubi Koreyanın Yonsey Universitetinin professoru Cinki Honqun sözlərinə görə, bu məhsulu bişirdikdə düyüdən ətə xas dad və ətir gəlir.

Bu qida gələcəkdə ət və protein tələbatını ödəyə bilər.


Laboratoriyada yetişdirilən düyü 8 faiz daha çox protein və 7 faiz daha çox yağla zəngindir.

Hələ ki, bu məhsulun kütləvi istehsalı təsdiq olunmayıb.

Aygün Musayeva