ABŞ həkimləri yeni qan analizi hazırlayıb, bu analiz xərçəngi çox erkən mərhələdə aşkarlamağa imkan verəcək.
Artıq analizin sınaqları keçirilib. 1627 nəfər üzərində aparılan təcrübədə 878 nəfərdə onkoloji xəstəliyin ilkin mərhələsi hansı ki, digər müayinələrlə görünməmişdi, aşkarlanıb.
Medicina. az xəbər verir ki, yüksək dəqiqlik göstərən bu analizdə qandan DNK molekulu ayrılır və incələnir. Bu üsulla 10 növ onkoloji xəstəliyin çox erkən mərhələsi aşkarlanır. Analiz 90% dəqiqliklə yumurtalıq, qaraciyər, öd kisəsi, mədəaltı vəz xərçəngini diaqnoz edir. Pasiyentdən sadəcə 3 dəfə qan götürülür.
Yeni analiz dünyada tibbi təcrübəyə 5il ərzində daxil olacaq.
Hazırda qan analizi ilə xərçəngin diaqnozunu qoyan onkomarkerlər dəqiq cavab tapmaqda elə də dəqiq nəticə göstərmir.