Təhlükəli infeksiyaların qlobal yayılması təhlükəsi müxtəlif ölkələrin daimi birgə səylərini tələb edir.
Medicina.az xəbər verir ki, bunu Rusiya Federasiyasının İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahı Sahəsində Nəzarət üzrə Federal Xidmətinin (“Rospotrebnadzor”) rəhbəri Anna Popova deyib.
O, epidemiologiya sahəsində birgə elmi işlərin aparılmasının, təhlükəli infeksiyaların monitorinqinin, harada baş verməsindən asılı olmayaraq təhlükəli xəstəliklərin aşkarlanması və birgə aradan qaldırılmasında qarşılıqlı yardımın çox vacib olduğunu vurğulayıb.
“Yeni bir pandemiyaya təbii və ya süni şəkildə yeni bir patogen səbəb ola bilər” – qurum rəhbəri deyib.
Popova quş qripi, artıq 160 ölkədə qeydə alınmış meymun çiçəyi kimi çoxlu epidemik təhlükələrin olduğunu da diqqətə çatdırıb.
O, vəba, taun, Zika virusu, malyariya, qarayara və digər infeksiyaların isə daimi risk olduğunu xatırladıb.
Aysel