Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Yeni pandemiya təhlükəsi var - Rusiyalı virusoloq

  • 2022.06.23 17:28
  • 2353 Baxış
Yeni pandemiya təhlükəsi var    - Rusiyalı virusoloq


Allerqoloq-immunoloq Vladimir Bolibok yeni pandemiya barədə xəbərdarlıq edən ABŞ prezidenti Co Baydenin bəyanatını yüksək qiymətləndirib


Mütəxəssis hesab edir ki, təbiətdə virusların mutasiya prosesi daim baş verir, buna görə də yeni pandemiyalar istisna edilmir, eyni zamanda infeksiyaların süni şəkildə yaradılması təhlükəsi də mövcuddur.

Medicina.az xəbər verir ki, həkim bu barədə "Komsomolskaya Pravda" radiosuna müsahibəsində danışıb.

“Bəli, onu süni şəkildə yaratmaq olar, lakin ehtiyatsızlıqdan. Onların laboratoriyalarda nə cür təcrübələr aparması təəccüblüdür. Bu yaxınlarda bir xəbər yayıldı ki, bir qrup elm adamı zərdabın müəyyən viruslara neytrallaşdırıcı təsirinin olub-olmadığını yoxlamaq qərarına gəlib. Virusu götürdülər, dəyişdirdilər, baxdılar və gördülər ki, zərdab dəyişdirilmiş virusu zərərsizləşdirmir. Uşaqlar, siz nə edirsiniz? Yəni onlar maraqlarını təmin etmək üçün yeni virus yaradıblar”, - Bolibok müsahibəsində istehza ilə deyib.

İmmunoloq qeyd edib ki, hazırda müxtəlif mikroorqanizmlərin və makroorqanizmlərin genetik modifikasiyası üçün geniş imkanlar mövcuddur. /publika.az/