Daniyanın Texniki universitetinin alimləri neyroşəbəkədə xüsusi alqoritm hazırlaytaraq, insanın ölüm vaxtını 78% dəqiqliklə öncədən proqnozlaşdırmağı bacarıb.
“Medicina” xəbər verir ki, yeni alqoritmin sınağında alimlər 6 milyon insanın məlumatlarından istifadə edib.
Eləcə də onların doğum tarixi, yaşayış yeri, ailəsi və sənəti barədə informasiya daxil edilib.
Alınan faktlar maşın alqoritminə daxil edilib,
Süni intelekt bu məlumatları analiz edib, əlaqələr qurub və hadisələrin sonrakı gedişinə əsaslanaraq məlumat verib.
Neyroşəbəkə insanların maddi gəliri və sağlamlığı barədə illər öncədən proqnoz verir, eləcə də insanın nə vaxt öləcəyini 78% dəqiqliklə deyə bilir.
Alimlər hesab edir ki, bu metoddan erkən ölümlərin qarşısını almaq və fərdi sağlamlıq strategiyası hazırlamaq üçün istifadə etmək olar. İnsanlar bəzi şeyləri dəyişməklə vaxtı və ölümü uzada bilərlər.
Aygün Musayeva
Elvin 30 yas