Myanmada aparılan araşdırma nəticəsində alimlər yarasalarda COVİD-19-dan fərqli 6 yeni koronavirus növü aşkarlayıb.
Medicina.az xəbər verir ki, bölgədə yaşayan yüzlərlə yarasadan toplanan tüpürcək və nəcis nümunələrini sınaqdan keçirən alimlər tapılan yeni növlərin COVİD-19 və MERS virusu ilə heç bir bənzərliyinin olmadığını deyib:
“Yeni növlərin kəşf edilməsi üçün ətraflı araşdırmalara başlanılıb. Hələ də minlərlə koronavirus növləri aşkar edilməmiş qala bilər”, - məlumatda bildirilir.
Çində koronavirusa yoluxmuş bəzi insanlarda isə nevroloji əlamətlər müşahidə olunub.“Report” xəbər verir ki, bu barədə “JAMA Neurology”da dərc edilmiş tədqiqatda Çin alimləri bildirib.
Mütəxəssislər koronavirusun yayılmasının episentri olmuş Uhan şəhərinin 214 xəstə sakini haqqında məlumatları araşdırıblar. Məlum olub ki, virusa yoluxmuş bütün xəstələrin 36 faizində (ağır xəstələrin isə 46 faizində) aydın olmayan nitq, həmçinin beyində qan dövranının pozulması, şüur pozğunluğu və əzələ zəifliyi aşkarlanıb.