Yeni Klinikanın Kardiologiya şöbəsinin müdiri, kardioloq Şahanə Ələsgərli ürək çatışmazlığı üzrə beynəlxalq dərəcəli mütəxəssis adını alıb.
"Medicina" xəbər verir ki, o, İsveçrə Sürix Universitetinin Tibb Fakültəsinin və Avropa Kardiologiya Cəmiyyətinin birgə təşkil etdiyi 2 illik "Postgraduate Course in Heart Failure" adlı təhsil proqramını bitirərək ürək çatışmazlığı mütəxəssisi adını alıb.
Qeyd edək ki, Yeni Klinika İcbari Tibbi Sığorta üzrə tam fəaliyyət göstərən ən böyük klinikalardan biridir.