Yeni Klinikanın Mama-ginekologiya şöbəsində həyata keçirilən riskli doğuş uğurla nəticələnib.
"Medicina" xəbər verir ki, , venoz tromboemboliyadan əziyyət çəkən (VTE) hamilə pasiyent təbii doğuşa alınaraq sağlam şəkildə ana olub.
Riskli hamiləlik keçirən pasiyent aşağı ətraflarında dərin venoz trombozu diqnozu ilə Balakən rayonundan Yeni Klinikaya yönləndirilib.
Zahılıq dönəmində trombozun müalicəsi zamanı qanaxma riski ilə üz-üzə qalan xəstə Mama-ginekologiya şöbəsinin müdiri Uzm. Dr Vüsalə Əzizova və komandasının uğurlu müalicəsi sayəsində sağlam şəkildə evə yazılıb.
Yeni Klinikanın Mama-Ginekologiya şöbəsində icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində təbii doğuş və qeysəriyə əməliyyatları icra olunur.
Aygün