Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

"Yeni Klinikada" psixoloji reabilitasiyaya aid kitab və tətbiqin təqdimatı oldu

  • 2024.03.12 14:56
  • 821 Baxış
"Yeni Klinikada" psixoloji reabilitasiyaya aid kitab və tətbiqin   təqdimatı oldu

Azərbaycanda “Posttravmatik stres hallarında yazılı ekspozisiya terapiyası” kitabının və “CPT Coach” mobil tətbiqinin təqdimat mərasimi keçirilib.


"Medicina" xəbər verir ki, “PAŞA Sığorta”nın maliyə dəstəyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin tərəfdaşlığı əsasında həyata keçirilən “Azərbaycanda psixoloji reabilitasiya imkanlarının artırılması layihəsi çərçivəsində “Posttravmatik stres hallarında yazılı ekspozisiya terapiyası” kitabının və CPT Coach” mobil tətbiqinin təqdimat mərasimi baş tutub.


Mərasimdə İcbari Tibbi Səğorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev, “For Azerbaijan”nın qurucu üzvü Ülviyyə Zeynalova-Boçkin, “PAŞA Sığorta” şirkəti İdarə Heyətinin sədri Ülviyyə Cabbarova, Psixi Sağlamlıq Mərkəzinin rəhbəri Fuad İsmayılov, QHT və media təmsilçiləri iştirak ediblər.


Lahiyənin məqsədi yeni reabilitasiya metodlarının tətbiqi ilə Azərbaycanda psixoloji reabilitasiya proseslərinin gücləndirilməsinə dəstək vermək, psixoloji travmaya məruz qalmış insanlar, müharibə iştirakçıları, qazilər, şəhid ailə üzvlərinin psixi sağlamlıqlarının reabilitasiyası istiqamətində daha effektli inkişafa nail olmaqdır.


Tədbirdə “PTSP hallarında yazılı ekspozisiya terapiyası” kitabı, Koqnitiv işlənmə terapiyasında istifadə olunan “CPT Coach” mobil tətbiqinin təqdim olunub.

Aygün Musayeva