Yeni Klinikada daha bir ilkə imza atılıb.
Medicina.az xəbər verir ki, Yeni Klinikada icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində ilk dəfə minimal invaziv üsulla ürək qapağının dəyişdirilməsi əməliyyatı uğurla icra edilib.
Qeyd edək ki, minimal invaziv cərrahiyyənin ənənəvi cərrahiyyədən bir çox üstünlükləri vardır. Əməliyyat kiçik kəsiklə icra olunduğundan estetik baxımdan daha üstün hesab olunur ki, bu da gələcəkdə kiçik çapıqla müşayiət olunur. Bu üsulun üstünlükləri daha az ağrı və travma, reanimasiya müddətinin az olması, cərrahiyyədən sonra yatış müddətinin azalması, infeksiya, qanaxma riskinin aşağı olması və daha az qan transfuziyası, qısa müddətdə sağalma həmçinin xəstənin iş aktivliyinin tez bərpa olunmasıdır.