Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Yeni klinikada anevrizma əməliyyatı pulsuz icra olundu

  • 2023.12.30 13:22
  • 1672 Baxış
Yeni klinikada anevrizma əməliyyatı pulsuz  icra olundu

Yeni Klinikada icbari tibbi sığorta çərçivəsində ödənişsiz olaraq ilk dəfə icra olunan və cərrahiyyədə ən bahalı əməliyyatlardan biri sayılan aorta damarının (bədənin ən böyük damarı) anevrizmasının qapalı yolla bərpası, endovaskulyar stent qreft yerləşdirilməsi uğurla icra edilib.



"Medicina" xəbər verir ki, TƏBİB-in İcraçı direktorunun müşaviri Pərvin Əkbərov, Yeni Klinikanın direktoru Barat Yusubov, uzman invaziv radioloq Ağakişi Yəhyayev və uzman invaziv radioloq Nicat Alışev icra edilən əməliyyatla bağlı ətraflı məlumat veriblər.



TƏBİB-in İcraçı direktorunun müşaviri Pərvin Əkbərov bildirib ki, cərrahi əməliyyat zamanı Nicat Alışev, uzman ürək-damar cərrahı Əlizamin Yusifli və Ağakişi Yəhyayev tərəfindən xəstənin qarın boşluğunu açmadan bud nahiyəsinin qasıq hissəsindən balaca kəsiklə süni damar yerləşdirməklə həyata keçirilib.

Yeni Klinikanın direktoru Barat Yusubov məlumat verib ki, artıq son iki gündə dörd xəstənin əməliyyatı həyata keçirilib.

Əməliyyatlara rəhbərlik edən uzman invaziv radioloq Ağakişi Yəhyayev əməliyyat prosesini əks etdirən görüntüləri nümayiş etdirərək bildirib ki, qarın aortasının anevrizması - qarın damarlarının genişlənməsidir.


Qarın aortasının anevrizması ölüm faizi kifayət qədər yüksək olan xəstəliklərdəndir. Həmçinin xəstəliyin açıq cərrahi müalicəsində bir sıra fəsad və travmatik vəziyyət müşahidə edilə bilər.


Qeyd edilən riskləri minimum səviyyəyə endirən qarın aorta damarının anevrizmasının qapalı yolla bərpası artıq Yeni Klinikada icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində növbəti ildən mütəmadi olaraq həyata keçiriləcək.