Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Yeni Klinikada Ambulator klinika istifadəyə verildi

  • 2023.12.06 11:13
  • 1352 Baxış
Yeni Klinikada Ambulator klinika  istifadəyə verildi
Yeni Klinikada Ambulator klinika (birgünlük cərrahiyyə) sisteminin tətbiqinə başlanılıb.

Bu barədə Medicina.az -a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib.

Qeyd edilib ki, bu yenilik çərçivəsində xəstələrin əməliyyata qəbul olunduğu gün evə buraxılması nəzərdə tutulur.

Son illər cərrahiyyədə stasionar yatış xidmətlərindən bir günlük cərrahiyyə (əməliyyatdan sonra evə buraxılma) xidmətlərinə sürətli keçid baş verir. Əvvəllər üç-dörd gün davam edən cərrahiyyə prosesi hazırda dörd-beş saatlıq qısa müddətə qədər endirilib. Bu dəyişiklik cərrahiyyə və anesteziologiya sahəsindəki texnoloji inkişafla bağlıdır.

Belə ki, laparoskopik, lazerli tibbi alətlərin təkmilləşdirilməsi və miniatürləşdirilməsi, müasir ləvazimatlardan istifadə, dataların sürətli analizi üçün fiber-optik sistemlərin qurulması və s. yeniliklər sayəsində pasiyentə qısa müddət ərzində cərrahi əməliyyat təyin etmək və icra etmək mümkün olub.

Cərrahi texnologiyanın, anesteziya və analgeziya üsullarının inkişafı, tibbi sığorta sistemindəki yeniliklər, səhiyyə xidməti alan insanların prioritetlərindəki dəyişikliklər (iş mühitinə erkən qayıtma istəyi) ambulator cərrahiyyənin həkimlər, tibb bacıları ilə yanaşı, cəmiyyət tərəfindən də qəbul edilməsinə gətirib çıxarıb.