Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Yeni Klinikada 65 gün komada qalan xəstə sağaldı

  • 2024.05.30 16:14
  • 932 Baxış
Yeni Klinikada 65 gün komada qalan   xəstə sağaldı

65 gün koma vəziyyətində Yeni Klinikanın Reanimasiya şöbəsində müalicə alan Şamaxı Abbasova sağalıb.

"Medicina" xəbər verir ki, xəstə böyrək daşı, sepsis, poliorqan çatışmazlığı diaqnozları qəbul edilib.


Daha sonra sepsisə ikinci mərhələdə kəskin tənəffüs çatışmazlığı sindromu diaqnozu qoyulub və bu səbəblə xəstə süni tənəffüs aparatına qoşulub.

3 aya yaxın klinikanın Reanimasiya, daha sonra Terapiya şöbəsində müalicə alan xəstə ağır vəziyyətdən xilas edilərək ambulator müalicə üçün evə yazılıb.

Ağır xəstənin müalicələrini Reanimasiya şöbəsinin müdiri, reanimatoloq-anestezioloq Emil Qasımov, uzman uroloq Məcid Haqverdiyev və həkim-terapevt Xəyalə Kərimova təyin edib.

Medicina.az