Yeni il süfrəsində bayram yeyib-içməyindən ən çox 2 orqan əziyyət çəkir.
“Medicina” xəbər verir ki, diyetoloq Yevgeniy Arzamasçev xəbərdarlıq edib.
“Bayram günlərində insanlar ard-arda çoxlu zərərli qidalar yeyir, içki məclislərində olur, orqanizm çox yüklənir.
Nəticədə mövcud olan qastrit, kolit və pankreatit kimi xəstəliklər kəskinləşir, xoralar dərinləşir.
“Qeyri-sağlam qida həm həzm, həm immun sistemin işini pozur. Eləcə də ən həssas vəzlər olan mədəaltı vəz və qalxanvari vəzin işi azalır.
Belə qidalanma sürətli kökəlmə, qaraciyərin piylənməsi, eləcə də mədəaltı vəzin iltihabına səbəb olur.
Pankreatitin simptomları:
- Qarında ağrı – daha çox kürəyə, qarının sol tərəfinə vurur
- Ürəkbulanma, qusma- xüsusən yemək yedikdən sonra
- İştahın azalması
- Arıqlama
- İshal
- Sarılıq – gözlər, dəri, ovuclar
- Zəiflik, yorğunluq
- Ümumiyyətlə, Yeni ildən sonra xroniki xəstələr qastroenteroloq müayinəsindən keçsinlər”.
Aygün Musayeva