Əksər insanlar köhnə ili yola salıb, yeni ildən yeni həyata başlamaq üçün planlar qurur. Köhnə və pis hər şey ötən ildə qalacaq, gələn ildən arzularıma doğru gedəcəm. Yeni il fərqli olacaq.
“Medicina” xəbər verir ki, psixoloq Mixail Lavkovskiy köhnə və yeni illə bağlı bu psixoloji sindromun səbəbini açıqlayıb.
“İnsanlar yeni ildə həyata təmiz səhifədən başlayıb, qarşılarına məqsədlər qoyurlar: kimi arıqlamaq, kimi sevgi, kimi işini dəyişmək, kimi evini.
Dekabr və yanvarda bu enerji pik həddə çatır, hətta siz məqsədinizə doğru nələrsə edirsiz, addımlar atırsız. Amma təcrübə göstərir ki, köhnə həyat, problemlər istər-istəməz yeni ilə keçir və geci-tezi insan ruhdan düşür.
Özünə verdiyiniz bütün vədlər, motivasiya çox gözəldir, amma bir şeyi unuduruq: yeni ilə biz özümüzlə keçirik. Özümüzdən isə qaçmaq mümkün deyil.
Əgər siz özünüzdə nələrisə dəyişməsəz, sadəcə qarşınıza məqsəd qoysaz, heç nə dəyişməyəcək.
Xüsusən əgər hər dəfə “bazar ertəsindən edəcəm, başlayacam, bu həftə yox, gələn həftə, bu ay yox, gələn ay” deyirsizsə, məqsədləriniz bu ildən o ilə sadəcə arzu olaraq keçəcək.
Məsləhət görərdim ki, yeni həyatı hansısa təqvim, il, aya görə təxirə salmayasız, başlayırsızsa, elə köhnə ildə başlayın. Dəmiri isti-isti döyərlər”.
Aygün