Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Yeni ildə zərərli salat yox, kabab yeyin - Dietoloq

  • 2022.12.16 15:47
  • 4653 Baxış
Yeni ildə zərərli salat yox, kabab yeyin  - Dietoloq
Yeni il günlərində hazırlanıb, günlərlə yeyilən salatların çoxu zərərlidir.

"Medicina" xəbər verir ki, bunu həkim dietoloq Yelena Tixomirova açıqlayıb.

Çoxlu miqdarda karbohidrat, yağ, duz, mayonez olan salatlar orqanizmdə maye yığılmasına, təzyiqə, şişkinliyə və pis əhval-ruhiyyəyə səbəb olur. İlk sırada çoxlu miqdarda qaynadılmış tərəvəz (kartof, çuğundur, yerkökü), kolbasa və mayonez olan salatlar gəlir.

"Paytaxt, olivye, "şuba", "mimoza" və "sezar" salatları uşaqlar, xroniki xəstələr, hamilələr, ürək xəstələri, yaşlılar üçün zərərlidir.

Eləcə də tortlar və xəmirli yeməklərdə həmçinin karbohidratlar, yağlar, duzlar və kalorilərdə yüksəkdir.

Bəs Yeni ildə nə yeyək ki, sağlam olsun. Siz manqalda, qrildə bişmiş kabab, toyuq, balıq, yeyə bilərsiz. Yeni ilin ən yaxşı yeməyi də kabab ola bilər.

Aygün Musayeva