Alkoqol istənilən dozada orqanizmə dağıdıcı təsir edir.
“Medicina” xəbər verir ki, həkim Andrey Kondraxin alkoqolun zərərli təsirini onunla birlikdə yeyilən məzələrin də artırdığını bildirib.
“Əgər qəlyanaltı, “zakuska” düzgün olarsa, spirtin orqanizmə təsirini yüngülləşdirmək olar.
Düzgün qayda – həm içki, həm məzə eyni miqdarda olmalıdır. Çox içib, az yemək olmaz. Məzə ilə alkoqolu birgə qəbul etdikdə, alkoqol dərhal mədəyə düşmür. Bu zaman qida onun sovrulmasını ləngidir.
Eləcə də qidalar spirtin toksik təsirini yumşaldır.
Həmçinin susuzlaşmanın qarşısını almaq üçün su içmək də önəmlidir. Bu halda ertəsi gün özünüzü sərxoş və halsız hiss etməyəcəksiz".
Ən uyğun məzələr:
- Duzlu şoraba – tünd içkilərlə çox uyğundur.
- Kələm turşusu – Qanı qatılaşmağa qoymur
- Suda bişmiş kartof
- Yağsız ət, balıq
- Limon – toksinləri qanda zərərsizləşdirir
- Tünd şokolad
- Qara çörək
Aygün Musayeva