Yeni il təilindən sonra bir çox insanlar çəki almalarından şikayətlənirlər. Bunun səbəbi bayramda həddən çox qida qəbul edilməsidır. Orqanizm birdən birə normadan artıq kalori qəbul etdikdə piy ehtiyatını artırır. Üstəlikdə bayram günlərində evdə qalmaq və normadan çox yatmaq da bu işə kömək olur.
Medicina.az xəbər verir ki, Britaniya tibb jurnalında dərc olunan bir araşdırmanın nəticələrinı görə, ev şəraitində kalorini yandırmaq üçün idman hərəkətlərin edən şəxslər uzun müddət tətildə qalsalar belə onlarda çəki artımı müşahidə edilmir.
Araşdırmanın müəllifləri bildirirlər ki, çəkinin davamlı olaraq yoxlanılması onun nəzarətdə saxlanılmasına yardım edir.
Baxmayaraq ki, Yeni ildə insanlar orta hesabla 0.5-1 kq-dək çəki alırlar, bu çəkini atmaq heç də asan olmur. Bu isə 10 ildə sizin əlavə olaraq 10 kq almağınıza səbəb olacaq.
Bütün bunları nəzərə alaraq qida rasionuna ciddi nəzarət etmək, bişirilən yeməklərin kalorisini öyrənmək və qidalanan zaman nəzərə almaq yaxşı olardı. Çalışın bayram günlərində çox yatmayasız.
Hər gün yürüşə çıxın və yüngül idman hərəkətləri edin.
Maye qəbulunu artırın.
Şirniyyat əvəzinə meyvə və tərəvəzlərdən bolca istifadə edin.
Bayram tətilini əvvəlki çəkidə başa vura bilsənız sonradan əvvəlki iş və qidalanma rejiminə qaytıdıqdan sonra təhlükədən sovuşa bilərsiniz.
Arzu
Medicina.az