Bayram günlərində Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına daxil olan müraciətlərin sayı açıqlanıb.
Medicina.az-ın məlumatına görə, Səhiyyə Nazirliyindən "Report”un sorğusuna cavab olaraq bildirilib ki, dekabrın 31-də stansiyaya ümumilikdə 2356 nəfər, yanvarın 1-də isə 2398 nəfər müraciət edib.
Qeyd olunub ki, onlardan 5 nəfəri fişəng və pirotexniki vasitələrdən ziyan çəkənlər olub: "Onlardan 2-si yanıq, 3-ü əlin travması diaqnozu ilə xəstəxanaya aparılıb. Bundan başqa, həmin müddətdə 3 nəfər qidadan zəhərlənib. Müraciət edənlərin 647 nəfəri uşaq olub”.