Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Yeni həyata başlamaq üçün ilin ən uğurlu vaxtı

  • 2023.10.02 16:21
  • 1547 Baxış
Yeni həyata başlamaq üçün ilin    ən uğurlu vaxtı

İnsanın psixoloji olaraq yeni həyata və həyatda dəyişiklik etməyə kökləndiyi vaxt payızdır.


“Medicina” xəbər verir ki, psixoloqlar bu vərdişin məktəb vaxtından qaldığını təyin edib. Məhz sentyabrda yeni dərs ili başlayırdı.

Baxmayaraq ki, insan çoxdandır məktəbi bitirib, yenə də payızın gəlməsi ilə daxilən həyatında yeni səhifənin başlayacağını hiss edir və buna köklənir.

Elmi dildə bu hiss “yeni start effekti” adlanır. İnsanda həyatını dəyişmək arzusu ilin bir neçə döngüsündə xüsusilə aktivləşir: ad günündə, yeni il ərəfəsi, yeni tədris ilində.

Məhz bu tarixləri, dönəmləri biz keçmişdən qopma, yeni həyata başlama kimi qəbul edirik.

Dünyada yeni həyata start proqramının ən çox verildiyi tarix Yeni il günüdür. Məhz çox insanlar yanvar ayından idmana gedib, siqareti tərgidib, yeni iş axtarıb, şəxsi həyatını düzəldib və s.

Yeni tədris ilinin başlanması ilə insanın uşaqlıqdan ünsiyyət dairəsi genişlənib, evdən uzaqlaşıb, başqa mühitə düşüb, günü dəyişib, rutin həyatdan çıxıb. Ona görə beyin bu ərəfəni yeni həyata start günü kimi qeydə alıb.

İrlandiyalı psixoloq Trudi Mixan payızdan yeni həyata başlamaq və qarşınızda qoyduğunuz məqsədə çatmaq üçün effektiv metodları paylaşıb.

1. Özünə gələcək senarisi yaz

Özünüzə telefonda taymer qurun və taymerə nəyəsə başlamaq üçün qeyd yazın. Həmin tarix saat gələndə o sizin yadınıza salacaq.

2. Qısa müddətli məqsədlər qoyun

Uzun yol və böyük məqsədlərə enerji və motivasiya yetməyə bilər.

Ona görə qısa, kəsintili yollarla gedib, kiçik qələbələrə sevinmək lazımdır. Bu zaman beyin yeni vərdişlərə yiyələnir.

3. Səhv və qüsurlarınızı keçmişdə buraxın

Keçmişə fokuslanmaqdansa, gələcəkdəki mövqe və şəxsiyyətinizə köklənin.

4. Müsbət ilə mənfini qarışdırın

Əgər sevmədiyiniz bir işlə məşğulsuzsa, ondan imtina etmək mümkün deyilsə, onu sevdiyiniz başqa bir şeylə qarışdırın. Belə ikili praktika beyin üçün də rahatdır.

Məsələn, siz idman etmək istəmirsiz, amma buna başlamalısız.
O zaman idman zalında idmanla yanaşı sizə xoş gələn bir hobbi, dinləmə və ya vərdişi idmanla birləşdirin.

Aygün Musayeva