Benqladeşdə dünyaya gələn uşaq hamının təəccübünə səbəb olub.
Medicina.az xəbər verir ki, doğulan uşaq 80 yaşındakı adamın görüntüsünə sahibdir. Körpənin qırışları, çuxur gözləri, qalın dərisi və belində tükləri var.
Həkimlər belə xəstəliyin nə olduğunu bilməsələr də, progeria – erkən yaşlanma olduğunu düşünürlər. 4 milyonda bir rast gəlinən xəstəlik, uşaqların normal yaşamasının qarşısını alır. Belə azyaşlıların vücudları sürətlə yaşlanır.
Körpənin atası Bisvajit Patro isə tanrıya şükür etdiyini deyib: "Oğlumun vəziyyətinin belə olmasına görə məyus deyilik. Onu olduğu kimi qəbul edirik”.
Həkimlər uşağın vəziyyətinin yaxşı olduğunu bildiriblər. Belə uşaqlar 13 yaşına qədər yaşasa da, ailəsi uşaqlarının sağlıqlı böyüyəcəyinə ümid edirlər.
Qeyd edək ki, Hutchinson-Gilford da adlandırılan progeria genlə bağlı xəstəlikdir. Bədəndəki hüceyrələr proteini istifadə etdikləri zaman uşaqlarda daha tez qocalmağa səbəb olur.