Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Yeni doğulmuş uşaq apendisitdən əməliyyat olundu - Tibdə nadir hadisə

  • 2017.12.27 13:23
  • 14935 Baxış
Yeni doğulmuş uşaq apendisitdən əməliyyat olundu -  Tibdə nadir hadisə
Dünyaya yeni gələn körpə apendisit diaqnozu ilə əməliyyat etdirilib.


Medicina.az xəbər verir ki, bu barədə  tanınmış həkim Fuad Hüseynov məlumat verib. Onun sözlərinə görə, çox nadir rast gəlinən haldır:


 

"Çox nadir olsa da, yenidoğulmuş körpədə də apendisit görülə bilir ki, bu hadisə də bizim balaca qəhrəmanın başına gəldi. Uşaqda ümumi narahatlıq, infeksiya göstəriciləri artdığı üçün aparılan müayinələr nəticəsində appendisit diaqnozu təsdiqləndi və körpə cərrahi əməliyyata alındı”.


F.Hüseynov bildirib ki, körpə əməliyyatdan 2 gün sonra tam sağlam şəkildə evə yola salınıb:


"Ümumiyyətlə,  yenidoğulmuşlarda appendisit diaqnozunu təsdiqləmək çətindir. Əksərən körpələr başqa diaqnozla əməliyyata alınır, ya da ki, 95 faiz hallarda gecikdirilir, appendiks partlamış olur . 50 faiz hallarda da appendisit kimi bəsit sayılan problem körpələrin ölümünə səbəb olur.

 


Yeni doğulmuş uşaq apendisitdən əməliyyat olundu -  Tibdə nadir hadisə