Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Yeni doğulan körpə Pediatriya İnstitutunda öldü

  • 2017.10.30 10:32
  • 1658 Baxış
Yeni doğulan körpə Pediatriya İnstitutunda öldü
Bakı şəhər Yasamal rayonu ərazisində yerləşən K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda yeni doğulmuş körpə ölüb.


Medicina.az lent.az-a istinadən xəbər verir ki, Saatlı rayon Hacıqasımlı kənd sakini Mehdiyev Orxan Zaur oğlunun 8 aylıq dünyaya gələn oğlu 3 gün ərzində reanimasiya şöbəsində saxlanılsa da, həyatını xilas etmək mümkün olmayıb.


Bildirilir ki, O.Mehdiyevin xanımı ilk olaraq özəl xəstəxanalardan birində müalicə olunub. Daha sonra qadın yarımçıq dünyaya gətirdiyi körpəsi ilə Pediatriya İnstitutuna yerləşdirilib. Lakin həkimlərin səyləri bir nəticə verməyib və körpə vəfat edib.


Faktla bağlı araşdırma aparılır.