"Yeni doğulan körpələri havasızlığa öyrətməkdənsə, opüşsüzlüyə öyrədin”.
Medicina.az xəbər verir ki, bu sözləri pediatr Vaqif Qarayev deyib.
Həkim yeni doğulan körpəni 40 gün ərzində havaya çıxartmayanları tənqid edib:
"Uşaqlarda yenidoğulma dövrü var. Doğulandan 28 gün ərzindəki müddət. Buna bətnxarici mühitə adaptasiya(uyğunlaşma) dövrü deyilir. Biz əsrlərdən gələn düşüncəyə görə bu müddəti 40 gün eləmişik. Uşaq faktiki ətraf mühitdən gizlədilir. Havaya çıxartmaq olmaz, yad gözlərdən uzaq olmalıdı filan.Yəni doğulan gündən havasızlığa öyrədirik. Düzgün deyil!”
Pediatr uşaqgördü mərasimlərini isə uşağın sağlamlığı üçün təhdid hesab edib.
"Bu müddət bitdikdən sonra uşaqgördü mərasimi başlayır. Müxtəlif xəstəlikdaşıyıcıları ilə kontakt mərasimi. Əsas problem budur. Xəstə, sağlam fərq eləmir!.. Düzgün deyil!
Təmiz havanı uşaqdan əsirgəməyin”, - deyə Qarayev vurğulayıb.