Uşaq serebral iflic xəstəliyi
ilk dəfə olaraq avstraliyalı psixoanalitik Ziqmund Freyd tərəfindən XIX əsrin
sonunda aşkar edlilib. Xəstəlik baş beynin doğuşdan öncə, doğuş vaxtı və ya
doğuşdan sonra müxtəlif səbəblərdən zədələnməsi ilə yaranır.
Medicina.az xəbər verir ki, müasir dövrdə
doğulan hər 1000 uşaqdan 8-10-u bu xəstəlikdən əziyyət çəkir. Baş
beynin zədələnməsi nəticəsində əmələ gələn uşaq serebral iflici döllərdə, yeni
doğulan uşaqlarda, yaxud uşaqların ilk aylarında ortaya çıxır. İflic xəstəliyi
zamanı müxtəlif hərəki pozğunluqlar, piramid yolların (hərəkət sistemi),
qabığaltı düyünlərin, beyincik və beyin sütununun patologiyası əmələ gəlir.
Xəstəlikdən əziyyət çəkənlərin çoxunda epileptik tutmalar, nitq qüsuru olur.
Psixi pozulmalar müxtəlif şəkildə - yüngül geridə qalmadan imbesil (əqli
zəifliyin növü) dərəcəsinə qədər çata bilir.
Səbəblər
bətndaxili
infeksiya, intoksikasiya, ananın şəkərli diabet, anemiyadan əziyyət çəkməsi,
hamiləlik zamanı düzgün qidalanmama, vitamin çatışmazlığı, stress, gec və
vaxtından əvvəl baş verən doğuşlar, doğuş travması uşaq serebral iflicinin
əmələ gəlməsinə səbəb olur. Həmçinin hamiləlik dövründə ananın tütün
məhsullarından, narkotik vasitələrdən, alkoqoldan istifadə etməsi və yaş
faktoru yəni ananın yaşının 35-dən yuxarı olması bu xəstəliyin yaranmasına
gətirib çıxarır.
Ananın
hamiləliyin ilk aylarında infeksion, xüsusən virus xəstəliklər keçirməsinin
böyük əhəmiyyəti var. Ekzantem infeksiyalar - məxmərək, herpes, kəskin
respirator virus infeksiyaları, hətta anada yüngül, simptomsuz keçdikdə, döldə
müxtəlif ağırlıqda beynin patologiyasını törədə bilər. İnfeksion proses dölə hematogen
yolla (cift vasitəsilə) keçə bilər. Ananın infeksion xəstəliklərindən sonra
döldə degenerativ dəyişikliklər gedir. Beynin hansı inkişaf dövründə
patologiyaya uğramasından asılı olaraq müxtəlif qüsurlar, eybəcərliklər və
inkişafdanqalma halları yaranır.
Xəstəliyin
gedişatı
Uşaq
serebral iflicləri reqrediyent gedişə malikdır. Yəni onun gedişi yavaş olub,
müxtəlif dərəcəli yaxşılaşmalarla davam edir. Epilepsiyanın əlavə olunması
proqnozu pisləşdirir və xəstəliyin gedişi reqrediyentdən proqrediyentə keçə
bilər. Proqnoz əsasən beynin zədələnməsinin vaxtından və dərəcəsindən asılıdır.
Bətndaxili inkişafın ilk aylarında antenatal zədələnmə olduqda proqnoz
ağırlaşır. Beyin qüsurları, eybəcərliklər onun hamiləliyin birinci yarısında
zədələnməsi ilə əlaqədardır. Diaqnozun tez qoyulması və müalicəyə vaxtında
başlanması müəyyən nəticə əldə etməyə imkan verir. Mərkəzi sinir sisteminin
zədələnməsinin vaxtında aşkar edilməsi və lazımi müalicə ocaqlarına
göndərilməsi üçün bütün yeni doğulmuş uşaqların nevroloji müayinəsi
aparılmalıdır.
Müalicəsi
Hərəki
funksiyaların bərpa və inkişafında müalicə bədən tərbiyəsi, masaj, isti
vannalar mühüm əhəmiyyət kəsb edir. Xüsusi aparat vasitəsilə müvafiq proqram
üzrə iflic olan əzələlərə elektroimpulslar verilir. Müalicənin yaxşı nəticə
verməsi üçün uşaq nevropatoloqu və ortopedi birlikdə fəaliyyət
göstərməlidirlər. Ortopedik kömək nəticəsində deformasiya və kontrakturların
qarşısı alınır. Xəstəyə B1, B2, B6, B12, E, A vitaminlərindən ibarət müalicə
kursu təyin olunur. Uşağın psixi inkişafını yaxşılaşdırmaq məqsədilə də müalicə
aparılır.