Bakıda yeni doğulmuş uşağını qəsdən öldürməkdə təqsirləndirilən qadın həbs edilib.
Mediciina.az xəbər verir ki, Nizami rayon Məhkəməsində A.K (ad, soyad şərtidir) barəsində istintaq orqanının təqdimatına baxılıb.
Qeyd edək ki, martın 31-də Nizami rayonu, Qara Qarayev prospekti 88 saylı binanın yaxınlığında polietilen sellofanda naməlum yeni doğulmuş qadın cinsli uşaq meyitinin aşkar olunması faktı üzrə Nizami rayon prokurorluğunda cinayət işi başlanıb.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 04.04.2022-ci il tarixdə A.K.(ad şərtidir) CM-in 121-ci (ananın yeni doğduğu uşağı qəsdən öldürməsi) maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilindiyi üçün tutularaq istintaqa cəlb edilib.