Almaniyada yerləşən doğum evlərinin birində qəribə hadisə baş verib. Ulm şəhərində xəstəxanada olan beş yeni doğulmuş körpə tənəffüs darlığı səbəbi ilə reanimasiyaya yerləşdirilib.
Medicina.az xəbər verir ki, yeni doğulan körpələrdən 5-i anidən tənəffüs çatışmazlığı yaşayıb və reanimasiyaya yerləşdirilib. Onların arasında vəziyyəti daha da pisləşən üç körpə tənəffüs aparatına qoşulub.
Həkimlər uşaqlarda baş verən bu dəyişikliyə səbəbi araşdırmağa başlayıb. Məlum olub ki, körpələrin orqanizmində narkotik maddə var.
Polis məsələni araşdırmağa bağlayıb. Hadisə ilə bağlı həkimlər və tibb bacısı nəzarətə götürülüb.
Araşdırma zamanı tibb bacılarından birinin iş əşyaları arasında narkotik maddə inyeksiyası üçün vasitələr tapılıb. Onun uşaqları narkotik maddə ilə qəsdən zəhərlədiyi müəyyən olub.
Qadın törətdiyi əməli etiraf etməyib.